BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda ağır yol qəzası: ölən və xəsarət alanlar var

Cəlilabadda ağır yol qəzası baş verib.

 

Pravda.az-ın məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, qəza zamanı “Hyundai santa fe” markalı minik avtomobili ilə “VAZ 2107“ markalı minik avtomobili toqquşub.

 

Nəticədə avtomobillərin sürücüləri müxtəlif dərəcəli xəsarətlər alıblar. Bir nəfər sərnişin isə hadisə yerində ölüb.

 

Yaralılar rayon xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Report

Tarix: 29 İyun 2022, 15:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin