BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Əli Əsədov Qətərin Baş prokuroru ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 29-da Qətər Dövlətinin Baş prokuroru İssa bin Səad əl-Nuaimi ilə görüşüb.

 

Nazirlər Kabinetindən Pravda.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Qətər münasibətlərinin müxtəlif istiqamətlərdə inkişaf etdiyi məmnunluqla vurğulanıb.

 

İki ölkənin prokurorluq orqanları arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.

 

Həmçinin Azərbaycan-Qətər əlaqələrinin bir çox istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olunub.

 

Görüşdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov və Nazirlər Kabineti Aparatının struktur rəhbərləri iştirak ediblər.

Tarix: 29 İyun 2022, 15:15   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin