BURADA REKLAMINIZ OLA
BİLƏR

"Lexus" körpüdən aşdı, sürücü öldü

Astarada avtomobilin körpüdən aşması nəticəsində ölən şəxsin kimliyi məlum olub.

 

Pravda.az-ın xəbərinə görə, 1967-ci il təvəllüdlü Cəlilabad sakini Fazil Ağarəhim oğlu Quliyevin idarəetməni itirməsi nəticəsində 99-SF-033 dövlət qeydiyyat nömrə nişanlı "Lexus" markalı avtomobil körpüdən aşaraq su arxına düşüb.

 

Nəticədə sürücü dünyasını dəyişib. FHN-in Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin 6 nəfər canlı qüvvəsi xüsusi alət və avadanlıqların köməyilə deformasiyaya uğramış avtomobildən sürücünün meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.APA

Tarix: 10 Mart 2020, 00:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin