BURADA REKLAMINIZ OLA
BİLƏR

Otel çökdü, 18 nəfər öldü

Çinin şərqindəki Fujian əyalətində otelin çökməsi nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb, 12 nəfər dağıntılar altında qalıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə axtarış və xilasetmə əməliyyatının təşkili ilə bağlı işçi qrupun məlumatlarına istinadən “Penpay” informasiya mənbəyi məlumat yayıb.

 

Martın 7-də Tsyuançjou şəhərində “Sintszya” adlı yeddimərtəbəli otel binası çöküb. Dağıntılar altında, rəsmi məlumatlara görə, 71 nəfər qalıbmış.

 

Bildirilir ki, səhər saatlarında xilasedicilər yıxılan binanın dağıntısından 59 nəfəri aşkar edərək çıxarmağı bacarıblar, onlardan 16-sında artıq həyat əlamətləri olmayıb. Daha iki nəfər sonradan xəstəxanada ölüb.APA

Tarix: 10 Mart 2020, 08:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin