BURADA REKLAMINIZ OLA
BİLƏR

Sosioloq: “Bu qadınlar boğazımıza çöküblər və onların altında çabalayırıq...”

“Çox yaxşı haldır ki, dünəndən sosial şəbəkələrdə yayılan sürücü və qadın sərnişin arasındakı mübahisədə qadınların əksəriyyəti sürücünün tərəfində idi. Hamı haqqın tərəfini tutmağa üstünlük verir. Belə məsələlərdə bəzən qadın həmrəyliyindən, gender bərabərliyi kimi ucuz oyunlar oynanılsa da, bu dəfə tam əksini gördük. Ümumilikdə isə “cəmiyyətin gözü tərəzidir” misalı burada təsdiqini tapdı. Qadınların əksəriyyəti o qadını qınadı və sürücünün işdən çıxarılması məsələsinə hamı etirazını bildirdi. Sürücü yalnız çox pis təsadüfün qurbanı oldu. Belə qadınlar yalnız avtobusda deyil, bizim həyatımızın hər yerindədir. Bu qadınlar boğazımıza çöküblər və onların altında çabalayırıq. Qonşuluğumuzda, qohumumuzda, iş yerimizdə, küçədə, mağazada, bir sözlə onlar hər yerdədirlər, sadəcə üzləri fərqli ola bilir, hamısı ümumiləşmiş fiqurdur. Fikir versək, cəmiyyətdə hamı onlara “xala” deyir, artıq ümumiləşmiş həyasızlığı tərənnüm edən bir obraz kimi insanların gözlərində əks olunurlar. Buna görə də hamı onlardan uzaq olmağa çalışır. İctimai nəqliyyata minəndə belə o qadınlar oturan gənc, kişi görmək istəmirlər və beləliklə kişilərin, gənclərin söz haqqını əlindən almış olurlar. Danışmaq istədikdə isə həyasızlıqları, haqsızlıqları ilə sənin səsini boğmağa çalışırlar”.

 

Bunu Pravda.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib.

 

L.Mehralı bildirib ki, ümumiyyətlə, cəmiyyətdə gərginlik həmişə olub, sadəcə, indiki dövrdə pik həddə çatıb: “Cəmiyyətdəki belə gərginliklərin səbəbi yaşadığımız vəziyyətlə əlaqəlidir. Daha dəqiq desək, dünyanın son iki il yarımda keçdiyi çətin vəziyyətin də təsiri var. Amma bizim kimi cəmiyyətlərdə belə problemlər özünü daha çox büruzə verir. İnsanlar heç nəyə qarşı güzəştə getmək istəmirlər, heç kimdə empatiya hissi yoxdur. Hamı anlayışı qarşıdakından gözləyir, özü isə heç bir anlayış göstərmir. İnsanlar davranışlarında bir-birinə qarşı çox aqressivdirlər. Hamı öz aqressiyasını bir yerdən alır və onu başqa istiqamətə boşaltmağa çalışır. Məsələn, bir şəxs evdə aqressiya ilə yüklənib işə gedəndə bunu işdə, yolda boşaltmağa çalışır və yaxud əksinə işdə aqressiya ilə yüklənirsə, onu evdə çıxarmağa çalışır”.

 

Leyla Yusubova

Tarix: 30 İyun 2022, 12:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin