BURADA REKLAMINIZ OLA
BİLƏR

Gənc oğlan münasibətdə olduğu qadının qardaşını niyə bıçaqlayıb?

Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Nurlan Xəlilovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Cəzaçəkmə müddətinin başlanğıcı Nurlan Xəlilovun şübhəli şəxs kimi tutulduğu 10 yanvar 2022-ci il tarixdən hesablanır.

 

İttihama görə, hadisə bu ilin yanvar ayında, saat 01 radələrində Ağdaş rayonu, Ləki qəsəbəsində qeydə alınıb.

 

Belə ki, Yevlax şəhər sakini, 2001-ci il təvəllüdlü Nurlan Xəlilov cinsi əlaqədə olmaq barədə razılığa gəldiyi Ağdaş rayonunun Ləki qəsəbə sakini Səbinə Əliyeva (ad, soyadı şərti) ilə onun yaşadığı Ləki qəsəbəsi yerləşən ünvanına gedib. O, həmin ünvanda həyətdə rastlaşdığı qadının qardaşı, 1986-cı il təvəlülldü Zaur Əliyev ilə aralarında yaranan mübahisə zamanı bıçaqla onun döş nahiyyəsindən qəsdən bir dəfə vuraraq xəsarət yetirib.

 

Daha sonra Nurlan Xəlilov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

 

Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 30 İyun 2022, 13:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin