BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda avtomobil şadlıq sarayının qarşısındakı maşınlara çırpılıb - VİDEO

Bakının Binəqədi rayonunda 5 avtomobil qəzaya uğrayıb.

 

Hadisə Şövkət Məmmədova küçəsində baş verib.

 

“Mercedes” avtomobilin sürücüsünün bildirdiyinə görə, onun idarə etdiyi maşını “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb.

 

Hadisəni törədən “Hyundai”-ın sürücüsü ərazidən uzaqlaşıb.

 

Nəticədə “Mercedes” şadlıq sarayında olan insanlara məxsus “Lexus”, “Hyundai” və “Mercedes” markalı maşınlara çırpılıb.

 

Qəza nəticəsində xəsarət alan olmayıb.

 

Əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

 

Hazırda hadisəyə səbəb olan “Hyundai”-ın sürücüsü axtarışdadır.

 

APA

 

Tarix: 1 İyul 2022, 08:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin