BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyədə torpaq sürüşməsində ölən şəxs azərbaycanlıdır

Türkiyənin Artvin şəhərində baş verən torpaq sürüşməsində həlak olan şəxs azərbaycanlıdır.

 

Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) şöbə müdiri Ruslan Eldaroğlu bildirib.

 

“Hadisə zamanı bir azərbaycanlı sürücü həlak olub. Uçqun nəticəsində Türkiyə vətəndaşı olan daha iki TIR sürücüsü də xəsarət alıb. Vəfat edən sürücümüzün kimliyini müəyyən etmək istiqamətində ABADA tərəfindən işlərə başlanılıb. Allah rəhmət etsin”, - R.Eldaroğlu qeyd edib.

Tarix: 1 İyul 2022, 11:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin