BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bravo Supermarket"in əsas səhmdarı dəyişdi

“Azərbaycan Supermarket” MMC-nin (“Bravo” Supermarketlər şəbəkəsi) əsas səhmdarlarından biri payını digər şirkətə satıb.


Pravda.az-ın məlumatına görə, MMC-nin əsas səhmdarı olan Mircəlal Paşayev 50%-lik payını “Fly Group” MMC-yə ötürüb.


Bununla da səhmlərin 50%-i “Fly Group” MMC-yə, 25%-i “İdeal Biznes Ko.” MMC və digər 25%-i isə “Yevro Standard” MMC-nin olub.


Qeyd edək ki, “Bravo” Supermarketlər şəbəkəsinin yeni səhmdarı “Fly Group” MMC 2021-ci ilin 1 dekabrında dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 100 manat, direktoru isə Rüfət Abdullayevdir.


APA-Economics

Tarix: 1 İyul 2022, 17:56   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin