BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda yeni mərkəz yaradılacaq

Yaxın zamanda Əqli Mülkiyyət Agentliyi nəzdində Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi yaradılacaq.

 

Pravda.az-ın xəbərinə görə, bunu qurumun İdarə Heyətinin sədri Kamran İmanov "Boston Consulting Group" şirkətinin direktoru Eduard Çerkinlə görüşü zamanı deyib.

 

Məlumatda bildirilir ki, görüşdə innovasiyaların yaradılması, tətbiqi və onların gəlir gətirməsi ilə bağlı Agentlik tərəfindən aparılan tədqiqatın nəticələri barəsində ətraflı məlumat verilib, Agentliyin əqli mülkiyyətin kommersiyalaşdırılması və innovasiyalara dəstək sahəsində nəşr etdirdiyi kitablar və maarifləndirmə materialları E. Çerkinlə təqdim edilib.

 

E. Çerkin Agentliyin innovativ inkişaf sahəsində məqsədləri, ölkənin əqli mülkiyyət hüquqları sahəsində qanunvericilik bazası, Azərbaycanın dünya miqyasında innovasiya üzrə daha çox hansı sahələrdə ixtisaslaşması barəsində maraqlanıb.

 

K. İmanov ölkədə əqli mülkiyyət sahəsində qanunvericiliyi haqqında ətraflı məlumat verərək Agentlik tərəfindən bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, əqli mülkiyyət hüquqlarının qorunması və idarə olunması istiqamətlərində müntəzəm tədbirləri diqqətə çatdırıb.APA

Tarix: 10 Mart 2020, 11:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin