İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə U-20 Avropa çempionatı sona çatıb.
Pravda.az xəbər verir ki, altıncı yarış günündə 61, 74, 86, 92 və 125 kq-da yer alan sərbəst güləşçilər mübarizəyə qoşulub. Ramik Heybətov (61 kq) ilk görüşdə kosovolu Fatlum Brakaya heç bir şans tanımayıb - 13:0. Heybətov 1/4 finalda almaniyalı Marsel Vaqini üstələyib - 4:2. Ancaq yarımfinalda fransalı Xamzat Arsamerzoyevə sonuncu xal prinsipinə əsasən məğlub olub - 3:3. Ramik türkiyəli Abdullah Topraka minimal fərqlə (1:0) qalib gələrək Avropa çempionatının bürünc medalını qazanıb.
Cəbrayıl Qadjiyev (74 kq) yunan Georgios Terzidisə (10:0) və Luka Finizioya (11:0) tam üstünlüklə qalib gəlib. Qadjiyev 1/4 finalda rumıniyalı Kristian Birodan güclü olub - 6:2. Yarımfinalda türkiyəli Muhammed Özmuşu 7:0 hesabıyla məğlub edən təmsilçimiz adını finala yazdırıb. Cəbrayıl finalda moldovalı Georgi Karayla qarşılaşıb. Rəqibinə tam üstünlüklə (11:0) qalib gələn Qadjiyev 2-ci dəfə Avropa çempionu olub. Xatırladaq ki, Cəbrayıl ötən il Dortmundda keçirilən analoji yarışda da Avropa çempionatının qızıl medalına sahib çıxmışdı.
Fərid Cabbarov (86 kq) 1/8 finalda almaniyalı Daniel Fişerə minimal fərqlə (2:1) qalib gəldikdən sonra gürcü Daviti Koquaşviliyə uduzub - 3:5. Ancaq rəqib finala yüksəldiyi üçün Cabbarov təsəlliverici görüşə çıxıb. Macar Nandor Hayduku (10:0) çətinlik çəkmədən mübarizədən kənarlaşdıran Fərid bürünc medal uğrunda qarşılaşmada ukraynalı Nazar Doda uduzub - 3:5.
Abdulcəlil Şabanov (92 kq) ilk görüşdə ukraynalı Denis Sahaliuka (0:4), Aslan Abakarov (125 kq) isə bolqar Georgi İvanova (4:7) məğlub olub. Beləliklə, sərbəst güləş üzrə gənclərdən ibarət komandamız qitə birinciliyinin son günündə 1 qızıl və 1 bürünc medal qazanıb.
Report
8 May 01:40
8 May 01:37
8 May 01:34
8 May 01:29
8 May 01:20
7 May 21:14
7 May 21:12
7 May 19:43
7 May 19:41
7 May 19:35
7 May 18:55
7 May 18:52
7 May 18:47
7 May 18:42
7 May 18:40
7 May 18:34
7 May 18:18
7 May 18:11
7 May 18:05
7 May 17:39
7 May 17:34
7 May 17:21
7 May 17:12
7 May 17:08
7 May 17:02
7 May 16:57
7 May 16:41
7 May 16:34
7 May 16:15
7 May 16:13
7 May 16:06
7 May 16:04
7 May 16:00
7 May 15:53
7 May 15:50
7 May 15:44
7 May 15:43
7 May 15:38
7 May 15:32
7 May 15:26
7 May 15:25
7 May 15:23
7 May 15:20
7 May 15:18
7 May 15:17
7 May 15:15
7 May 15:15
7 May 15:06
7 May 15:04
7 May 15:02
7 May 15:00
7 May 14:50
7 May 14:23
7 May 14:21
7 May 14:20
7 May 14:16
7 May 14:10
7 May 13:57
7 May 13:48
7 May 13:45
7 May 13:43
7 May 13:42
7 May 13:41
7 May 13:39
7 May 13:37
7 May 13:36
7 May 13:27
7 May 13:20
7 May 13:18
7 May 13:16
7 May 13:14
7 May 13:13
7 May 13:08
7 May 13:03
7 May 13:00
7 May 12:59
7 May 12:46
7 May 12:45
7 May 12:44
7 May 12:41
7 May 12:29
7 May 12:26
7 May 12:24
7 May 12:21
7 May 12:16
7 May 12:06
7 May 12:01
7 May 11:44
7 May 11:43
7 May 11:41
7 May 11:38
7 May 11:33
7 May 11:25
7 May 11:16
7 May 11:13
7 May 11:11
7 May 11:06
7 May 11:02
7 May 10:59
7 May 10:45
7 May 10:40
7 May 10:33
7 May 10:23
7 May 10:21
7 May 10:17
7 May 10:12
7 May 10:01
7 May 09:58
7 May 09:54
7 May 09:47
7 May 09:45
7 May 09:41
7 May 09:22
7 May 09:10
7 May 09:07
7 May 09:04
7 May 08:58
7 May 08:48
7 May 08:26
7 May 08:22
7 May 08:21
7 May 08:18
7 May 08:14
7 May 08:10
7 May 08:07
7 May 08:02
7 May 00:52
7 May 00:50
7 May 00:48
7 May 00:47
7 May 00:21
6 May 23:20
6 May 23:13
6 May 23:08
6 May 21:40
6 May 21:32
6 May 21:30
6 May 20:29
6 May 20:23
6 May 20:09
6 May 20:06
6 May 19:32
6 May 19:29
6 May 19:01
6 May 18:59
6 May 18:36
6 May 18:16
6 May 18:14
6 May 18:06
6 May 17:47
Ən son xəbərləri səhifəmizdən də izləyin