BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Xəzəryanı ölkələr bütün sahələrdə əlaqələrini möhkəmləndirə bilərlər"

“Xəzəryanı ölkələrin növbəti zirvə toplantısı Aşqabada keçirildi. Bu zirvə toplantıları xəzərsahilində əməkdaşlığın və qarşılıqlı ticarətin inkişafına təminat verir. Bu baxımdan Xəzər hövzəsi sülh və əməkdaşlıq nümunəsinə çevrilməlidir. Bu sammitdə də əvvəlkilərdə olduğu kimi Xəzər dənizi hövzəsində əməkdaşlığın genişləndirilməsi kimi bir sıra məsələlər müzakirə edildi. Sammit Xəzərin həmişəlik sülh, dostluq və həmrəylik dənizi statusunun möhkəmləndirilməsi, Xəzəryanı ölkələr arasında olan əməkdaşlığın optimal formatının hazırlanmasına əməli addımın bir nümunəsi idi. Bərabərhüquqlu qarşılıqlı tərəfdaşlıq, milli və ümumi maraqlar balansının gözlənilməsi prinsiplərinə əsalanan sarsılmaz xarici siyasət kursunu həyata keçirməklə, Xəzəryanı dövlətlər sülhün möhkəmləndirilməsi və həmrəylik naminə konstruktiv dialoqa, Xəzər zonasında həm ikitərəfli, həm də çoxtərəfli formatda effektiv əməkdaşlığın fəallaşmasına tərəfdardır.”

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 

Deputat qeyd edib ki, Azərbaycan Xəzərin karbohidrogen ehtiyatlarının tranziti üçün müasir infrastruktur yaradıb: “Azərbaycan özünün bütün imkanlarından Xəzəryanı ölkələrin də faydalanmasına şərait yaradıb. Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı Xəzərdə əməkdaşlığa öz töhfəsini vermiş olacağına əminəm. Belə ki, bu görüş 5 ölkənin ticarət, tranzit, enerji, kənd təsərrüfatı və turizm sahələrinin inkişafında müsbət irəliləyişlərə zəmin ola bilər. Xəzəryanı ölkələrin özəl sektorları arasında əməkdaşlığın inkişaf etdirilməsi, lazımi dəstəyin göstərilməsi, rüsumların azaldılması iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi də gözlənilir. Xəzəryanı ölkələr mövcud imkanlarından istifadə edərək bütün sahələrdə əlaqələrini daha da möhkəmləndirə bilərlər. Bu zirvə toplantısında həm bu ölkələr, həm də bölgənin inkişafı ilə nəticələnəcək məsələlər müzakirə olundu. Bunlardan biri də Cənab Prezidentin çıxışı zamanı qeyd etdiyi Zənzəgur dəhlizi məsələsidir. Ümumiyyətlə, bildiyimiz kimi bu dəhliz region dövlətləri ilə yanaşı Cənubi Qafqazla dünya ölkələrinin də strateji əməkdaşlıq çərçivəsində faydalanacağı bir zərurət olacaqdır.”

 

Leyla Yusubova

Tarix: 4 İyul 2022, 11:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin