BURADA REKLAMINIZ OLA
BİLƏR

Yaxın günlərdə bu məhsulun da qiyməti artacaq - "Azərsun"un qarşısında heç bir əngəl yoxdur

"Ölkədə şəkər tozu və digər ərzaq məhsullarının qiyməti dövlət tərəfindən tənzimlənməyən qiymətlərdir. Dövlətin borcudur ki, xaricdən mal gətirənlər, həmçinin istehsalçılar üçün rahat şərait yaratsın və ölkədə normal rəqabətli mühit olsun. “Azərsun” şəkər tozunun qiymətini artıracaqsa, bu məsələdə onun qarşısında duran heç bir əngəl, qanunvericilikdə bununla bağlı nəzərdə tutulan hər hansı bir məhdudiyyət yoxdur".

 

Bu sözləri Pravda.az-a iqtisadçı-ekspert Natiq Cəfərli şəkər tozu qıtlığı barədə danışarkən deyib.

N.Cəfərli bildirib ki, "Azərsun"un yeganə öhdəliyi əldə etdiyi gəlirdən vergi verməkdir: "Dünyada da şəkər tozu ilə bağlı problemlər var. Ola bilər ki, Azərbaycanda da müəyyən qədər ajiotaj yaradılandan sonra qiymətlər artsın. Nəzərə alsaq ki, yaydır, mövsüm meyvələrindən mürəbbə, kompot hazırlanması üçün şəkər tozundan daha çox istifadə olunur. Tələbat artığına görə də, çox güman ki, yaxın günlərdə ölkəmizdə şəkər tozunun da qiyməti artacaq".

 

Aytəkin Qardaşova

Tarix: 4 İyul 2022, 11:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin