BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Qadağalar koronavirusa yoluxma sayında artım müşahidə oldunduğu zaman tətbiq edilə bilər"

“Koronavirusla bağlı statistik məlumatlara nəzər salanda, qaydasında olduğunu görürük. Buna görə də rəqəmlərin fonunda yenidən hər hansı karantin rejiminin tətbiq olunmasını gözləmirəm. Bəzi ölkələrdə rəqəmlərin nisbətən artdığını görürük, amma gələcəkdə daha ciddi artım müşahidə olunarsa və Azərbaycanda da yenidən bu hal qeydə alınarsa, müəyyən məsələlərin qarşısını zamanında almaq üçün karantin rejimi tətbiq oluna bilər. Hazırda mövcud olan vəziyyətdə isə elə bir gözləntinin olmadığını görürük.”

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

 

Deputat qeyd edib ki, Azərbaycanda koronavirusa yoluxanların, eləcə də sağalanların sayına nəzər yetirdikdə hansısa qadağaların olmasına ehtiyac duyulmur: "Statistik rəqəmləri izləyirəm, qənaətbəxşdir. Qadağalar yoluxma sayında artım müşahidə oldunduğu şəraitdə qüvvəyə minə bilər. Hazırkı vəziyyətdə isə buna ehtiyac yoxdur.”

 

Leyla Yusubova

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Tarix: 4 İyul 2022, 12:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin