BURADA REKLAMINIZ OLA
BİLƏR

Özbəkistanın Qaraqalpaq Muxtar Respublikasında iğtişaşlarda 18 nəfər ölüb, 243 nəfər yaralanıb

Özbəkistanın Qaraqalpaq Muxtar Respublikasında ötən həftə baş verən iğtişaşlar zamanı ölən və yaralananların sayı açıqlanıb.

 

Pravda.az xəbər verir ki, bu barədə Özbəkistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, iğtişaşlar zamanı 18 nəfər ölüb, 243 nəfər yaralanıb ki, onlardan 38-i hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.

 

APA

 

Təhlükəsizlik qüvvələri 516 nəfəri saxlayıb, lakin artıq onların bir çoxu sərbəst buraxılıb.

Tarix: 4 İyul 2022, 13:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin