BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda qadınlar vəhşicəsinə döyüldü - FOTO

“Dünən 2 qadın fiziki zorakılığa məruz qalıb. Qadının biri içki düşgünü olan olan atası və qardaşı tərəfindən 7 yaşlı övladının gözü qarşısında döyülüb və 37 ci polis bölməsi tərəfindən Sosial Xidmətlər Agentliyinin Sosial Sığınacağına yerləşdirilənədək  müvəqqəti Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində reabilitasiya keçəcək. Digər qadın da gecə saatlarında   əri tərəfindən fiziki zorakılığa məruz qalaraq evdən qovulub. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Qaradağ rayonu 10-cu Polis  Bölməsində şikayət ərizəsi var, ekspertizadan da keçirilib”.

 

Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

 

“Hazırda mühafizə orderinin alınması üçün qadını Qaradag Rayon İcra Hakimiyyətinə yönləndirmişəm. Hər iki qadına dəstək olmağı aidiyyatı qurumlardan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi , Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Bakı şəhər Baş Polis İdarəsinin rəhbərləri və  əməkdaşlarından rica edirəm” – K.Ağazadə qeyd edib.

Fotoları təqdim edirik
Tarix: 4 İyul 2022, 15:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin