BURADA REKLAMINIZ OLA
BİLƏR

Şarl Mişel İlham Əliyevə niyə zəng edib?

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığında Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunmasının Avropa İttifaqı üçün vacibliyini vurğulayıb. O, Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində səylərini davam etdirəcəyini bildirib. Şarl Mişelin bu zəngi son vaxtlar Kremlin fəallaşmasından və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana və Bakıya etdiyi səfərlərdən narahatlığa işarədir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

“Brüssel şübhələnir ki, Moskva işi pozmaq və Avropa İttifaqının Azərbaycanla Ermənistsn arasındakı fəal vasitəçiliyini minimuma endirməyə çalışır. Bəli, Kremlin əsas məqsədi elə budur. Brüsselin vasitəçiliyi Azərbaycan və Ermənistan üçün faydalıdır. Bakı və İrəvan bu vasitəçilikdən yararlanmaqda davam etsələr, Kreml Avropa İttifaqını oyundankənar vəziyyətə sürükləyə bilməyəcək” – E.Şahinoğlu qeyd edib.

Tarix: 4 İyul 2022, 16:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin