BURADA REKLAMINIZ OLA
BİLƏR

ADA Universitetindən Məleykə Əsədovanın qızı ilə bağlı AÇIQLAMA

Xalq artisti Məleykə Əsədovanın qızı Gülər universitetə qəbul olunub.

 

Bu barədə sənətçi sosial şəbəkə hesabında məlumat paylaşıb. Aktirsa qızının 11 il öncəki və indiki halının canlandığı videonu paylaşaraq sevincini izləyiciləri ilə bölüşüb. O, paylaşımına “Gülərim yüksək balla, ADA Universitetinə, arzuladığı fakültəyə daxil oldu” sözlərini də əlavə edib.

 

Ölkədə ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlanmadan Xalq artistinin qızının universitetə qəbul edilməsi maraq doğurub. Redaktor.az mövzu ilə bağlı ADA Universitetinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Universitetdən bildirilib ki, Məleykə Əsədovanın qızına qəbul olması ilə bağlı məktub göndərilib.

 

“ADA universitetində kimsə üçün xüsusi hal tətbiq olunmur. Qəbul olan hər kəsə məktub göndərilir. O tələbə də məktub alanlardan biridir. Heç bir halda xüsusi hal ola bilməz. ADA Məktəbindən ADA Universitetinə qəbul olan tələbələrin nəticələri açıqlanıb”,-deyə məlumatda qeyd edilib.

Tarix: 4 İyul 2022, 17:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin