BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Zaqatalaya güclü yağışlar yağıb, bəzi kəndlərdə evlərin həyətini su basıb...”

“Ötən günlərdə Zaqatala ərazisində baş verən sel güclü olmayıb. Sadəcə, bir neçə gündür ki, rayon ərazisinə güclü yağışlar yağıb və bunun nəticəsində də bəzi kəndlərdə evlərin həyətini su basıb...”

 

Bunu Pravda.az-a açıqlamasında 111 saylı Zaqatala-Balakən seçki dairəsinin deputatı Kamilə Əliyeva deyib.

 

Deput qeyd edib ki, müvafiq strukturlar işə başlayıblar: “Məsələ ilə bağlı rayon icra hakimiyyəti ilə də əlaqə saxladım və bildirdilər ki, fəsadların aradan qaldırılması ilə məşğul olurlar. Ətrafa ciddi heç bir ziyan  dəyməyib”.

 

Leyla Yusubova

Tarix: 4 İyul 2022, 17:32   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin