BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda yeni tikilən binalardan birində lift qırıldı, xəsarət alan var

Bakıda yaşayış binasının lifti qırılıb.

 

Pravda.az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Həsənoğlu küçəsi 6A ünvanındakı binada baş verib. Axşam saat 19:30 radələrində yaşayış binasının lifti hərəkətdə olarkən qırılıb. Hadisə nəticəsində liftdə olan bir nəfər xəsarət alıb.

 

Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Hadisədə xəsarət alan 48 yaşlı Zəhra Həsənova topuğun travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 


Tarix: 4 İyul 2022, 22:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin