BURADA REKLAMINIZ OLA
BİLƏR

Baş Prokurorluq: Liftin qırılmasına görə araşdırma aparılır

Baş Prokurorluq Bakıda yaşayış binasının lifti qırılması ilə bağlı məlumat yayıb.

 

Pravda.az bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir.

 

Belə ki, iyulun 4-ü paytaxtın Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi, ev 6 ünvanında yerləşən hündürmərtəbəli binanın liftində texniki nasazlıq səbəbindən əyləcin tutmamasına görə liftin qəflətən bir mərtəbədən sürətlə digər mərtəbəyə düşməsi nəticəsində 1974-cü il təvəllüdlü Zəhra Məmmədovanın ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi müəyyən edilib.

 

Hazırda faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.

Tarix: 4 İyul 2022, 23:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin