Bakıda “Location” gecə klubunda baş verən partlayışa görə həbs edilən Rəsul Rəsulov, Orxan Səfərov və Ruslan Məmmədovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Faiq Qəniyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Cinayət işi üzrə 53 zərərçəkmiş var. Zərərçəkmişlərin siyahısında qalmaqallı bloger, Bakı Lift İdarəsinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızı Aysel Şükürovanın da adı yer alıb. O, həmin partlayışda ağır xəsarət alıb. Belə ki, onun saçları, əlləri, üzü, ayaqları yanıb.
Qeyd: Hadisə bu il aprelin 3-ü gecə saat 3 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda baş verib. Partlayış nəticəsində 1 nəfər (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb. Aprelin 6-da 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı xəstəxanada vəfat edib. Aprelin 9-da isə klubun işçisi Gülbala Abdullayev dünyasını dəyişib.
Rəsmi məlumata əsasən, toplanmış ilkin sübutlarla müəyyən edilib ki, qeyd olunan obyektin mətbəxində qanunsuz olaraq, eləcə də mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilib, həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub.
İstintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Eyni zamanda, istintaq zamanı qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan - Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edildiyindən, sonuncu Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Hər üç şəxs barəsində Binəqədi Rayon Məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Kamal Məmmədov
13 Avqust 13:56
13 Avqust 13:55
13 Avqust 13:30
13 Avqust 13:20
13 Avqust 13:04
13 Avqust 12:57
13 Avqust 12:14
13 Avqust 12:14
13 Avqust 12:02
13 Avqust 11:46
13 Avqust 11:45
13 Avqust 11:30
13 Avqust 11:26
13 Avqust 11:21
13 Avqust 11:09
13 Avqust 11:06
13 Avqust 10:49
13 Avqust 10:36
13 Avqust 10:24
13 Avqust 10:09
13 Avqust 10:02
13 Avqust 09:58
13 Avqust 09:39
13 Avqust 08:52
13 Avqust 08:34
13 Avqust 08:30
13 Avqust 08:28
13 Avqust 08:24
13 Avqust 08:23
13 Avqust 08:21
13 Avqust 08:20
13 Avqust 07:26
13 Avqust 01:27
13 Avqust 01:22
12 Avqust 23:50
12 Avqust 22:39
12 Avqust 22:27
12 Avqust 22:25
12 Avqust 22:22
12 Avqust 22:15
12 Avqust 22:08
12 Avqust 20:29
12 Avqust 20:12
12 Avqust 20:07
12 Avqust 19:58
12 Avqust 19:52
12 Avqust 19:45
12 Avqust 19:40
12 Avqust 19:29
12 Avqust 19:19
12 Avqust 19:16
12 Avqust 18:57
12 Avqust 18:54
12 Avqust 18:51
12 Avqust 18:35
12 Avqust 18:34
12 Avqust 18:33
12 Avqust 18:24
12 Avqust 18:22
12 Avqust 18:17
12 Avqust 18:12
12 Avqust 18:04
12 Avqust 17:58
12 Avqust 17:55
12 Avqust 17:44
12 Avqust 17:28
12 Avqust 17:27
12 Avqust 17:23
12 Avqust 17:20
12 Avqust 17:17
12 Avqust 17:09
12 Avqust 17:06
12 Avqust 16:52
12 Avqust 16:39
12 Avqust 16:35
12 Avqust 16:33
12 Avqust 16:32
12 Avqust 16:27
12 Avqust 16:25
12 Avqust 16:22
12 Avqust 16:15
12 Avqust 16:07
12 Avqust 16:03
12 Avqust 15:56
12 Avqust 15:52
12 Avqust 15:36
12 Avqust 15:33
12 Avqust 15:23
12 Avqust 14:59
12 Avqust 14:55
12 Avqust 14:48
12 Avqust 14:42
12 Avqust 14:30
12 Avqust 14:25
12 Avqust 14:20
12 Avqust 14:11
12 Avqust 14:10
12 Avqust 13:58
12 Avqust 13:55
12 Avqust 13:51
12 Avqust 13:38
12 Avqust 13:35
12 Avqust 13:25
12 Avqust 13:23
12 Avqust 13:07
12 Avqust 12:59
12 Avqust 12:50
12 Avqust 12:49
12 Avqust 12:47
12 Avqust 12:38
12 Avqust 12:18
12 Avqust 12:13
12 Avqust 12:10
12 Avqust 12:09
12 Avqust 12:03
12 Avqust 11:58
12 Avqust 11:55
12 Avqust 11:45
12 Avqust 11:38
12 Avqust 11:31
12 Avqust 11:29
12 Avqust 11:23
12 Avqust 11:00
12 Avqust 10:49
12 Avqust 10:48
12 Avqust 10:46
12 Avqust 10:33
12 Avqust 10:31
12 Avqust 10:08
12 Avqust 09:52
12 Avqust 09:09
12 Avqust 08:47
12 Avqust 08:44
12 Avqust 08:29
12 Avqust 08:25
12 Avqust 07:48
12 Avqust 07:07
12 Avqust 03:43
12 Avqust 00:01
11 Avqust 23:28
11 Avqust 23:27
11 Avqust 23:15
11 Avqust 22:55
11 Avqust 22:37
11 Avqust 21:47
11 Avqust 21:17
11 Avqust 21:05
11 Avqust 20:24
11 Avqust 20:05
11 Avqust 19:55
Ən son xəbərləri səhifəmizdən də izləyin