BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 34 yaşlı stilisti öldürən şəxsin məhkəməsi başlayır

Bakıda stilisti qətlə yetirməkdə təqsirləndirilən Pərviz Həsənovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Bu il martın 13-ü saat 01 radələrində Xətai rayonu ərazisində 1988-ci il təvəllüdlü Orxan Seyidovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış ilkin araşdırmalarla 1999-cu il təvəllüdlü Pərviz Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Orxan Seyidova çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Pərviz Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Xatırlatma: Pərviz Həsənov mərhum Orxanın tanışı olub.

 

Orxan Seyidov stilist kimi fəaliyyət göstərib.

 

Kamal Məmmədov

Tarix: 5 İyul 2022, 08:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin