BURADA REKLAMINIZ OLA
BİLƏR

Kişi görüşdüyü qadını intim görüntüləri ilə şantaj etdi

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Quba rayonunda qadını intim görüntüləri ilə şantaj etməkdə təqsirləndirilən Paşa Quliyevin (ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

İttiham akına görə, Xaçmaz şəhər sakini, 1993-cü il təvəllüdlü Paşa Quliyev özgənin əmlakını ələ keçirmək məqsədi ilə vətəndaş üzərində zor tətbiq olunması və zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə onun əmlakını hədə-qorxu ilə tələb etmiş və satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, qanunsuz olaraq narkotik vasitə əldə etmə, daşıma, saxlama cinayət əməlini törədib. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci il ilin avqust ayında Quba şəhərində tanış olub, müxtəlif tarixlərdə görüşdüyü Quba rayonu sakini Məlahət Siracova (ad, soyadı şərti) ilə cinsi əlaqədə olmasını və narkotik vasitə qəbul etməsini, gizlicə mobil telefonla çəkdiyini ona bildirib. Paşa həmin videogörüntüləri qadının qohumlarına və tanışlarına göstərib yayacağını deyib, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə 2020-ci ilin oktyabr ayının əvvəllərindən başlayaraq 16 mart 2021-ci il tarixədək olan müddət ərzində müəyyən edilməyən müxtəlif tarixlərdə ona pul ödəməsini hədə-qorxu ilə tələb etməklə zərərçəkmiş şəxsdən ümumilikdə 8000 manat məbləğində pul alıb. Daha sonra o, Məlahət Siracovanın şikayəti əsasında Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Polis şöbəsində onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qış gödəkcəsinin sol iç cibindən satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib saxladığı 0,243 qram metamfetamin aşkar edilərək götürülüb.

 

Kamal Məmmədov

Tarix: 5 İyul 2022, 09:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin