BURADA REKLAMINIZ OLA
BİLƏR

Tovuzdakı vəziyyətlə bağlı rəsmi açıqlama: SOCAR-a aidiyyatı yoxdur

Xəbər verdiyimiz kimi, artıq 2 gündür Tovuz rayonunda Aİ-92 markalı benzin tapılmır. Vətəndaşlar SOCAR-a bu barədə narazılıq etsələr də, heç bir cavab ala bilməyiblər.

 

“SOCAR PETROLEUM" QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli Pravda.az-ın sorğusuna cavab olaraq bildirib ki, ümumiyyətlə, Tovuz rayonu ərazisində SOCAR-a aid yanacaq doldurma məntəqəsi yoxdur: “Ona görə də məsələ ilə bağlı açıqlama verə bilmərik. Hansı şirkətə məxsus yanacaq doldurma məntəqəsində benzin tapılmırsa, məsuliyyəti də onlar daşıyırlar, bunun SOCAR-a aidiyyəti yoxdur”.

 

Aytəkin Qardaşova

Tarix: 5 İyul 2022, 10:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin