BURADA REKLAMINIZ OLA
BİLƏR

Əkrəm Həsənov: “Şəkər tozunun mağazalardan yığışdırılması qanunsuzdur”

“Şəkər tozunu ancaq “Azərsun” paylayır? Məgər xaricdən gəlmir? Hamısı birdən mağazalardan “yox” olubsa, bu, konkret olaraq haqsız rəqabətdir, inhisarçılıqdır. Hansısa məhsul rəsmi olaraq inhisarda deyilsə və birdən-birə yığışdırılırsa, bu, ondan xəbər verir ki, hansısa təchizatçılarla bazardakı iri satıcılar aralarında sövdələşmə ediblər. Bu isə qanunsuzdur. İqtisadiyyat Nazirliyi məsələ ilə məşğul olmalıdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında ekspert Əkrəm Həsənov deyib.

 

“Qiyməti artırırlarsa, artırsınlar. Azərbaycanda bununla bağlı heç bir məhdudiyyət yoxdur. Qanuna görə formal olaraq bazar iqtisadiyyatıdır. Bizdə “Haqsız rəqabət haqqında” qanun var. Bu məsələlər də həmin qanunla tənzimlənir. Ona görə də İqtisadiyyat Nazirliyi buna ciddi nəzarət etməlidir”, - hüquqşünas bildirib.

 

Qeyd: Artıq 1 həftəyə yaxındır ki, mağazalarda şəkər tozu ilə bağlı qıtlıq yaşanır. Satıcılar qiymətlərin qaldırılacağı üçün “Azərsun” tərəfindən mağazalara şəkər tozu paylanmadığını iddia edirlər. “Azərsun” isə məsələyə hələ də aydınlıq gətirməyib.

 

Aytəkin Qardaşova

Tarix: 5 İyul 2022, 14:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin