BURADA REKLAMINIZ OLA
BİLƏR

Məktəblərdə boş olan direktor vəzifəsinə 120 nəfər sənəd verdi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək olan və direktor vəzifəsi hazırda vakant olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üçün 120 nəfər sənəd verib.

 

İdarədən Pravda.az-a verilən məlumata görə, hazırda BŞTİ tərəfindən namizədlərin sənədlərinin yoxlanılması prosesi həyata keçirilir. Proses başa çatdıqdan sonra növbəti mərhələlərə start veriləcək.

 

Belə ki, paytaxtda da şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul test və müsahibə yolu ilə həyata keçiriləcək. Ötən il direktorların işə qəbulu üzrə test imtahanlarında müvafiq keçid balı toplamış, lakin müsahibəyə dəvət olunmamış namizədlər müvafiq seçim prosesinin yalnız müsahibə mərhələsində iştirak edə biləcəklər.

Tarix: 5 İyul 2022, 15:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin