BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Sığorta sisteminə inam yüksək deyil”

“Vətəndaşların əmlaklarını sığorta etdirmələri çox vacib məqamlardan biridir. Çünki seçicilərlə görüş zamanı müraciətlərdən bir qismi onların əmlakına dəyən ziyanın ödənilməsinə dəstəklə bağlı olur. Xüsusən sığorta olmadığı üçün yanğın və bu kimi hadisələr baş verdikdə dəymiş ziyanın aradan qaldırılmasında çətinliklər yaranır. Ona görə də sığorta əslində bu cür gözlənilməyən ziyanların aradan qaldırılmasına gətirib çıxara bilər”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov deyib.

 

Deputat bildirib ki, vətəndaşların daşınmaz əmlaklarını sığortalamamalarının əsas səbəblərdən biri məlumatlılığın aşağı səviyyədə olmasıdır: “Baxmayaraq ki, uzun müddətdir təbliğ olunur, hələ də bu sahədə məlumatlılıq yüksək deyil. Məlumatlılığın artırılmasına, sığortanın əhəmiyyətinin daha geniş təqdim olunmasına ehtiyac var. Etiraf etmək lazımdır ki, sığorta sisteminə inam da yüksək deyil. Vətəndaşların sığorta sisteminə olan inamının artırılması istiqamətində də fəaliyyətlər genişlənməlidir. Xüsusən də sığorta sisteminin inkişafı ilə bağlı xüsusi yeni tədbirlərin həyata keçiriləcəyi gözlənilir”.

 

Aytəkin Qardaşova

Tarix: 5 İyul 2022, 17:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin