BURADA REKLAMINIZ OLA
BİLƏR

Təyyarədə çayın da ödənişli olması ilə bağlı narazılığa “Buta Airways”dən AÇIQLAMA

““Buta Airways” aviaşirkəti bütün reyslərində sərnişinlərə yemək təqdim edir. Aviaşirkət fəaliyyətə başladığı gündən təyyarədə təqdim edilən pulsuz menyuya sendviç və su daxildir. Bu menyu biletin qiymətindən asılı olaraq dəyişmir”.

 

Bu barədə Pravda.az-ın sorğusuna cavab olaraq “Buta Airways” aviaşirkətindən verilən açıqlamada qeyd olunub.

 

Bildirilib ki, “Buta Airways”in reyslərində uçuşa ən azı 24 saat qalmış bir neçə növ isti yemək sifariş etmək olar: “Əlavə olaraq hava gəmisinin göyərtəsində sərnişinlərə müxtəlif qəlyanaltılar və içkilər almaq təklif olunur. Aviabiletləri daha əlverişli qiymətə əldə etmək üçün onları əvvəlcədən almağı tövsiyə edirik”.

 

Xatırlatma: Hüquqşünas Ənnağı Hacıbəyli “Buta Airways”də iki ədəd təyyarə biletinə 1000 AZN ödədiyini, lakin çayın ödənişli olması barədə narazılıq edib. Daha sonra bu mövzuda sosial şəbəkədə müzakirələr başlayıb.

 

Aytəkin Qardaşova

Tarix: 5 İyul 2022, 18:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin