BURADA REKLAMINIZ OLA
BİLƏR

“Diaspor qurulucuğu uğurla davam etdirilir” – RƏY

“İllər öncə ulu öndər Heydər Əliyev müdrik və uzaqgörən bir qərar qəbul edərək 2001-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsini yaratdı. Həmin dövrdən etibarən Azərbaycanda diaspor quruculuğu istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanıldı. Bu müddət ərzində Azərbaycan diasporu bütövlükdə böyük bir inkişaf yolu keçib. Xaricdə mövcud olan diaspor təşkilatları ilə sıx əlaqələr qurulub. Vətən Müharibəsi dövründə də Azərbaycan diasporu fəal bir mövqe nümayiş etdirdi. Bu gün də diaspor qurulucuğu uğurla davam etdirilir”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illik yubileyi barədə danışarkən deyib.

O bildirib ki, Komitənin fəaliyyətində ən önəmli məsələlərdən biri Şuşada Zəfər Qurultayının keçirilməsi idi: “Bu da çox önəmlidir. Eyni zamanda vahid bir qanunun olması istiqamətində koordinasiyalı fəaliyyətlə bağlı çox ciddi işlər görülür, mühüm addımlar atılır. Hesab edirəm, bütün bunlarla bərabər qarşıda hələ görüləsi işlər çoxdur. Komitə fəaliyyətini daha da genişləndirməli, mütəşəkkil olmalı, daha ciddi formada tədbirlər görməlidir ki, Azərbaycan diasporu yüksək inkişaf etsin, güclənsin. Bu gün cənab Prezident İlham Əliyevin özü birbaşa bu sahəyə xüsusi diqqət, qayğı göstərir. Bu sahəyə dövlətin çox ciddi dəstəyi var. Azərbaycan diasporunun birliyinə nail olunması və sistemli işin təşkil edilməsi məqsədi ilə 2019-2023-cü illər üçün Strateji Yol Xəritəsi hazırlanıb. İnanıram ki, Diasporla İş üzrə Dövlət Komitəsi növbəti illərdə bu xəritəyə əsasən fəaliyyətini quracaq, daha çevik, mütəşəkkil, uğurlu fəaliyyət göstərəcək”.

 

Aytəkin Qardaşova

Tarix: 5 İyul 2022, 18:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin