BURADA REKLAMINIZ OLA
BİLƏR

“Sumqayıt Şəhər İcra Hakimiyyətinin Ukraynaya yardım göndərilməsini öz adına yazması özbaşınalıqdır”

“Sumqayıt Şəhər İcra Hakimiyyəti Ukraynaya humanitar yardım göndərib. Ukraynaya dəstək təqdirəlayiqdir. Sadəcə, yerli icra hakimiyyəti kimdir ki, harasa humanitar yardım göndərir?!”

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov bildirib.

 

“Bələdiyyədir məgər? O, adi dövlət orqanıdır! Öz əmlakı da yoxdur. Sırf dövlət əmlakıdır. Onun büdcəsində humanitar yardım maddəsi var? Dövlət adından humanitar yardım etmək yerli icra hakimiyyətinəmi qalıb? Dövlət niyə xaricə yardım üçün yerli icra hakimiyyətinə pul ayırsın axı? Özü mərkəzləşdirilmiş şəkildə edər də bunu! Yox, əgər yardımı əslində Sumqayıt əhalisi və sahibkarları edibsə, onda niyə Sumqayıt Şəhər İcra Hakimiyyəti bunu öz adına yazır? Tam savadsızlıq və özbaşınalıqdır!” – Ə.Həsənov qeyd edib.

 

Kənan

Tarix: 5 İyul 2022, 22:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin