Azərbaycanın qeydiyyatdan keçmiş ilk siyasi təşkilatı olan Milli İstiqlal Partiyası (AMİP) iyulun 4-də yaranmasının 30 illiyini qeyd edib. AMİP-in qurucularından biri, sabiq xarici işlər naziri Vilayət Quliyev partiyanın təsis qurultayı ilə bağlı maraqlı xatirəsini paylaşıb.
Pravda.az-ın xəbərinə görə, sabiq nazir bu əlamətdar hadisə ilə bağlı “Feysbuk”da paylaşım edib. V.Quliyev yazır:
“Fb-dən AMİP-in təsis qurultayının 30 illiyi haqda oxudum. O zaman Təşkilat komitəsinin üzvü kimi qurultayın hazırlanmasında bəndənizin də müəyyən iştirakı olmuşdu. Amma məqsəd aradan onilliklər keçəndən sonra hansısa xidmətlərdən danışmaq deyil. Sadəcə, maraqlı bir məqam yadıma düşdü.
Deməli, qələbəlik qurultay o zaman M.F.Axundovun adını daşıyan Opera və Balet Teatrının binasında keçirilirdi. Hakimiyyət adından AMİP forumuna dövlət katibi Pənah Hüseynov gəlmişdi. Prezident Əbülfəz Elçibəyin təbrikini oxudu, ölkənin ilk siyasi partiyasını şəxsən təbrik etdi.
Fasilədə direktorun otağında qurultayın rəhbər heyəti üçün nahar süfrəsi açılmışdı. Təbii ki, ofisiantlar həm qonaq, həm də vəzifəli şəxs kimi P.Hüseynovun ətrafında fırlanırdılar. Akademiyadan yaxşı tanıdığım Pənah, bəlkə də, ömründə ilk bahalı kostyumunu geymiş, dəbdə olan qalstuk taxmışdı. Amma qətiyyən iddialı görünmürdü, əksinə özünü çox sadə və səmimi aparırdı.
Görünür, şəxsinə göstərilən diqqətdən təsirlənən Pənah birdən dayandı, üzünü AMİP liderinə tutub:
- Ə, Etibar, ə, bu hakimiyyət nə gözəl şeymiş, ə!- dedi. – Sən öl, o kreslolarda elə oturmuşuq ki, heç bir qüvvə bizi ordan qoparda bilməz! Heç svarkaynan da kəsib ayıra bilməzlər.
Etibar da hazırcavablıq nümunəsi göstərdi:
- Qorxma, dedi. – Sizi heç kəs kreslodan dartıb qoparmayacaq. Elə kresloqarışıq atacaqlar bayıra!
Türklər demiş, qalanı xatirədir...”
19 Mart 11:39
19 Mart 11:15
19 Mart 10:27
19 Mart 10:16
19 Mart 10:13
19 Mart 09:55
19 Mart 09:13
19 Mart 09:10
19 Mart 09:06
19 Mart 08:54
19 Mart 08:47
19 Mart 08:46
19 Mart 08:46
19 Mart 08:45
19 Mart 08:44
19 Mart 08:42
19 Mart 08:42
19 Mart 08:41
19 Mart 08:40
19 Mart 08:38
19 Mart 08:38
19 Mart 08:34
19 Mart 08:33
19 Mart 08:33
19 Mart 08:32
19 Mart 08:31
19 Mart 08:28
19 Mart 08:23
19 Mart 08:18
19 Mart 08:14
19 Mart 08:10
19 Mart 08:05
19 Mart 08:03
19 Mart 07:35
19 Mart 07:33
19 Mart 07:31
19 Mart 07:29
19 Mart 06:12
19 Mart 06:09
19 Mart 06:07
19 Mart 06:06
19 Mart 06:04
19 Mart 06:03
19 Mart 06:02
19 Mart 06:00
19 Mart 05:57
19 Mart 00:25
19 Mart 00:21
19 Mart 00:16
18 Mart 21:52
18 Mart 21:04
18 Mart 20:53
18 Mart 20:48
18 Mart 20:42
18 Mart 20:23
18 Mart 20:09
18 Mart 20:05
18 Mart 19:47
18 Mart 19:35
18 Mart 19:19
18 Mart 19:17
18 Mart 19:12
18 Mart 19:09
18 Mart 19:06
18 Mart 19:01
18 Mart 18:59
18 Mart 18:37
18 Mart 18:35
18 Mart 18:31
18 Mart 18:24
18 Mart 18:03
18 Mart 18:01
18 Mart 17:58
18 Mart 17:53
18 Mart 17:40
18 Mart 17:00
18 Mart 16:53
18 Mart 16:34
18 Mart 16:07
18 Mart 16:06
18 Mart 16:05
18 Mart 16:03
18 Mart 16:02
18 Mart 16:00
18 Mart 15:59
18 Mart 15:57
18 Mart 15:56
18 Mart 15:53
18 Mart 15:50
18 Mart 15:41
18 Mart 15:27
18 Mart 15:24
18 Mart 15:22
18 Mart 15:10
18 Mart 15:03
18 Mart 14:47
18 Mart 14:44
18 Mart 14:43
18 Mart 14:33
18 Mart 14:27
18 Mart 14:08
18 Mart 14:02
18 Mart 13:54
18 Mart 13:49
18 Mart 13:46
18 Mart 13:45
18 Mart 13:33
18 Mart 13:32
18 Mart 13:31
18 Mart 13:30
18 Mart 13:28
18 Mart 13:27
18 Mart 13:26
18 Mart 13:23
18 Mart 13:19
18 Mart 13:13
18 Mart 13:11
18 Mart 13:07
18 Mart 12:56
18 Mart 12:50
18 Mart 12:48
18 Mart 12:46
18 Mart 12:43
18 Mart 12:40
18 Mart 12:38
18 Mart 12:32
18 Mart 12:28
18 Mart 12:24
18 Mart 12:14
18 Mart 11:58
18 Mart 11:43
18 Mart 11:34
18 Mart 11:32
18 Mart 11:29
18 Mart 11:27
18 Mart 11:23
18 Mart 11:19
18 Mart 11:18
18 Mart 11:04
18 Mart 10:56
18 Mart 10:50
18 Mart 10:48
18 Mart 10:42
18 Mart 10:37
18 Mart 10:35
18 Mart 10:31
18 Mart 10:30
18 Mart 10:29
18 Mart 10:28
18 Mart 10:24
Ən son xəbərləri səhifəmizdən də izləyin