BURADA REKLAMINIZ OLA
BİLƏR

“Yeganə” şadlıq sarayı cərimələndi

“Yeganə Palace" MMC-yə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şadlıq sarayı barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazəsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə) maddəsi ilə inzibati protokollar tərtib edilib.

 

Daha sonra protokollar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İddia hakim Aygün Qurbanovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 19-na təyin edilib.

 

Qeyd: Mətbuatda şadlıq sarayının vergiyə 57 min manat borcu yaranıb və uzun müddətdir ki, ödənilmədiyi barədə məlumatlar yayılıb. “Yeganə Palace" MMC barəsində daha əvvəl İnzibati Xətalar Məcəlləsinin 233.1-ci (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının, habelə zərərli fiziki təsirlərin hədlərinin yol verilə bilən normativlərdən artıq olması) maddəsi ilə inzibati protokol tərtib edilib. Restoranın sahibi iş adamı Akif Rəhimovdur. Akif Rəhimovun adı daha əvvəl bir neçə qalmaqallı cinayət işləri ilə gündəmə gəlib. Bir neçə il əvvəl onun 17 yaşlı oğlu sürücülük vəsiqəsi olmadan idarə etdiyi avtomobillə ölümlə nəticələnən qəza törətmişdi. Qəzanı ilk dəfə Rəhimovların sürücüsünün törətdiyi bildirilsə də, sonra həqiqət üzə çıxmışdı. Akif RƏhimovun oğlu həbs edilib, ardınca məntəqətipli cəzaya məhkum edilən zaman isə məlum olmuşdu ki, Akif Rəhimov oğlunun törətdiyi qəzaya görə saxta ekspert rəyi almaq üçün 50 min manatdan çox rüşvət verib. Ondan rüşvət alan müstəntiq ölkədən qaçıb, köməkçisi isə həbs edilib.

 

Kamal Məmmədov

Tarix: 6 İyul 2022, 08:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin