BURADA REKLAMINIZ OLA
BİLƏR

Parkda keçmiş arvadını öldürən şəxsdən xəbər var

Mingəçevirdə keçmiş arvadını öldürməkdə təqsirləndirilən Yasin Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Rafail Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 15-nə təyin edilib.

 

Qeyd: Bu il aprelin 14-də saat 18 radələrində Mingəçevir şəhəri ərazisində 1997-ci il təvəllüdlü Şaxanım Ələkbərovanın  öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Aparılmış ilkin araşdırmalar zamanı qətl hadisəsini zərərçəkmişin keçmiş əri 1994-cü il təvəllüdlü Yasin Məhərrəmov tərəfindən törədilməsi ilə bağlı əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Yasin Məhərrəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İlkin araşdırmalar nəticəsində keçmiş həyat yoldaşını parkda bıçaqlayaraq öldürən 28 yaşlı Yasin Məhərrəmovun narkotik vasitə istifadəçisi olması müəyyənləşib. Belə ki, bir neçə il əvvəl ailə quran cütlüyün 1 qızı dünyaya gəlib. Sonradan onların münasibətləri kəskinləşdiyindən Şaxanım Ələkbərova həyat yoldaşından rəsmən boşanıb. Lakin Yasin keçmiş həyat yoldaşı ilə münaqişəli vəziyyəti davam etdirib və onu təqib edib. Hadisə günü Mingəçevir şəhəri Heydər Əliyev prospektində yerləşən parkda Yasin Məhərrəmov eks-xanımını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. O, qadının meyitini yol kənarında qoyaraq polisə təslim olub.

 

Kamal Məmmədov

Tarix: 6 İyul 2022, 08:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin