BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda sərnişin avtobus minik avtomobili ilə toqquşub, xəsarət alanlar var

Qara Qarayev prospektində metronun “Xalqlar Dostluğu” stansiyasının qarşısında “Çinar Trans” MMC-nin istismarında olan 40 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

 

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

 

Bildirilib ki, 99 JZ 249 DQN-lı avtobus dayanacağda olduğu zaman qanunsuz sərnişindaşıma ilə məşğul olan 99 DJ 615 DQN-lı Toyota Prius markalı minik avtomobili arxadan avtobusa dəyib. Daşıyıcı şirkətdən verilən məlumata əsasən qəza nəticəsində avtobusda olan sərnişinlərdən dörd nəfər və minik avtomobilinin sürücüsü xəsarət alıb.

 

Hadisə ilə bağlı müvafiq araşdırma aparılır.

Tarix: 6 İyul 2022, 09:52   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin