BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Gözlərini açıb baxsınlar, görsünlər ki, ilyarım müddətində Qarabağda necə böyük işlər həyata keçirilib”

“Son günlər milli xəyanətkarlar şurasının üzvləri yenə də müxtəlif uydurmalarla çıxış edirlər. Bəlkə də yazdıqlarına özləri də gülürlər, çünki bilirlər ki, şantaj və uydurmadır...”

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

 

“Tofiq Yaqublu qeyd edir ki, Avropa İttifaqı müharibə bitdikdən sonra Ukraynaya dağıdılmış şəhər və kəndlərin bərpası üçün 500 milyard vəsait ayırır, amma Azərbaycana vəsait ayrılmır. Bilirsiniz ki, torpaqlarımız AXC-Müsavat cütlüyünün hakimiyyəti illərində xəyanət nəticəsində işğal edilib, ölkə rəhbərliyi hakimiyyət uğrunda savaşa çıxmışdı, xaos, hərcmərclik hökm sürürdü. İndi də torpaqların işğaldan azad edilməsini qəbul etmək istəmirlər, müxtəlif fikirlər ortaya atırlar. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Qarabağı işğaldan azad etdi. Bu, əsl azərbaycanlılar üçün namus-qeyrət məsələsi idi. Qarabağın hər qarışı Azərbaycanındır. Azərbaycan necə ki öz gücünə güvənərək torpaqları işğaldan azad etdi, bu gün də öz gücü ilə bərpa-quruculuq işləri həyata keçirir. Gözlərini açıb baxsınlar, görsünlər ki, ilyarım müddətində necə böyük işlər həyata keçirilib... Azərbaycan milli maraqlara söykənən müstəqil siyasət yürüdən ölkədir, heç bir kənar qüvvədən asılı deyil” – C.Osmanov qeyd edib.

 

Deputatın sözlərinə görə, milli xəyanətkarlar şurasının digər üzvü Gültəkin Hacıbəyli də qeyd edir ki, xaricdəki blogerlər, siyasi fəallar güc mərkəzi olaraq milli xəyanətkarlar şurasını görürlər: “Guya “ana müxalifət” bunlardır, mitinqi də bunlar keçirə bilərlər. Absurd yanaşmadır. Xaricdə söyüş kampaniyasını aparanlar elə milli xəyanətkarlar şurasının təmsilçiləridir. Əlbəttə, çalışırlar ki, ermənilərdən aldıqları pulların qarşılığını versinlər, ölkə daxilində qarşıdurma yaratsınlar. Məqsədləri yalnız Azərbaycanın dünyada artan nüfuzuna kölgə salmaqdır. Qubad İbadoğlu da bu dəstənin üzvlərindəndir, xaricdə oturub, ermənilər tərəfindən ona verilmiş tezislər əsasında çıxış edir. Cəmil Həsənli də ermənilərin qapazaltısı olub. Əli Kərimli də meydanda tək qalıb, çabalayır. Ermənilərə xidmət edənlərin birincisi elə Əli Kərimlidir. Ermənilər nə deyirsə, bunlar da təkrarlayırlar. Bütün cəhdləri iflaslara uğrayıb, cəmiyyətdən tamamilə təcrid olunmuş vəziyyətdədirlər”.

 

Aytəkin Qardaşova

Tarix: 6 İyul 2022, 12:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin