BURADA REKLAMINIZ OLA
BİLƏR

Zaur Abıyevin şirkəti yenidən cərimə olundu

“Elnur-2” Universal İstehsalat Kommersiya Şirkətinə yenidən cərimə protokolu yazılıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokollar tərtib edilib.


Daha sonra protokollar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

 

Protokol hakim Fərid Əmirəliyevin sədrliyi ilə araşdırılacaq.
 

Məhkəmənin hazırlıq iclası iyulun 13-nə təyin edilib.
 

Xatırlatma: “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti barəsində daha əvvəl də eyni xətaya görə cərimə ptotokolu yazılmışdı.


Qeyd: Şirkətin rəhbəri Abıyev Zaur Niyaz oğludur. İnternet vasitəsi ilə qısa araşdırma apardıqda bəlli olur ki, Azərbaycanın cənub zonasında yerləşən rayonların icra hakimiyyətlərinin keçirdiyi iriməbləğli tenderlərin qalibi bir qayda olaraq elə “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti olub.


Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57 olan “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti 22.11.2019-cu il tarixində Astara Rayon İcra Hakimiyyətindən 2 milyon 233 min manatlıq tender qazanıb. Tenderin şərtinə görə, Abıyev Zaur Niyaz oğlunun rəhbərlik etdiyi “Elnur-2” şirkəti 36 mənzilli yaşayış binasının tikintisini həyata keçirib.
Xatırlatma: Şirkətin nizamnamə kapitalı 1.60 manatdır.


Kamal Məmmədov 

Tarix: 6 İyul 2022, 13:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin