BURADA REKLAMINIZ OLA
BİLƏR

BŞİH Buzovnada Kərəm Həsənova məxsus hasarı sökə bilmir

"Hər dəfə Sulutəpəyə gedərkən Bakının girişində "Şamaxinka" adlanan ərazidəki mənzərə məni təəccübləndirir. Təəccüblənirəm ona görə ki, sanki bəzi insanlara qanun şamil olunmur. Bu günlərdə Yusif Səfərov 1a ünvanda yaşayan sakinlərin mənzillərindən binalarının dövlət sifarişi ilə söküldüyünə görə zorla köçürülməsi barədə yazmışdım. Arxitektura qaydalarına uyğun olmayan, yollarda tıxacların yaranmasına səbəb olan onlarla belə binalar büdcəyə ödədiyimiz pullar hesabına sökülüb və sakinlərə kompensasiya ödənilib. Bu günə qədər bir nəfərin də cəzalandırıldığnı eşitməmişəm. Artıq neçənci dəfədir ki, bu mənzərənin, həmin ərazidəki tıxacların videosunu paylaşmışam. Bu sahəyə birbaşa cavabdeh olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi isə susmaqda davam edir. Yeni İnşaat – 2017 MMC-nin sahibi Fədail İmanovun həmin sahəni Nərminə İsaqova və Urfan adlı şəxslərdən aldığı barədə bildirmişdim. Müəyyən etdim ki, F.İmanov Prezidentin köməkçisi Kərəm Həsənovun deputat qardaşı, deputat Malik Həsənovun qudasıdır. Bu həmin güclü Kərəm Həsənovdur ki, Buzovnada Xəzər sahilində tikilmiş onlarla hasarlar sökülsə də hələ də Bakı İcra Hakimiyyətinin ona məxsus hasara toxunmağa gücü çatmır".

 

Pravda.az-ın xəbərinə görə, bunu vəkil Aslan İsmayılov bildirib.

"Görünür həqiqətən ölkəni qanunlar yox, qudalar idarə edir. Əks halda gələcəkdə həmin yolda tıxac yaratdığına görə söküləcək binanın tikintisi heç nə olmamış kimi davam etməzdi" - A.İsmayılov qeyd edib.

 

Tarix: 6 İyul 2022, 14:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin