BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiya XİN Üçtərəfli İşçi Qrupun irəliləyiş əldə etdiyini açıqladı

Cənubi Qafqazda bütün kommunikasiyaların açılması və iqtisadi əlaqələrin bərpa olunması ilə bağlı Baş nazir müavinlərinin həmsədrlik etdikləri Üçtərəfli İşçi Qrup fəaliyyətini davam etdirir.

 

Pravda.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev bu gün keçirdiyi brifinqdə bildirib.

 

Onun sözlərinə görə, iyunun 3-də Moskvada Üçtərəfli İşçi Qrupun X iclasında, eləcə də Peterbuq İqtisadi Forumu çərçivəsində həmsədrlərin təmasları zamanı nəqliyyat kommunikasiyalarının müxtəlif aspektləri ilə bağlı müəyyən irəliləyiş əldə olunub, tərəflərin mövqelərinin yaxınlaşmasına nail olunub: “Məlumdur ki, Üçtərəfli İşçi Qrup çərçivəsində regionda Azərbaycan, Ermənistan və onların qonşularının maraqlarına cavab verən avtomobil və dəmir yolu nəqliyyatı əlaqəsinin açılması müzakirə olunur. Konkret razılıq əldə olunacağı təqdirdə Üçtərəfli İşçi Qrupun həmsədrləri özləri ayrıca məlumat verəcəklər”.

 

APA

 

 

Tarix: 6 İyul 2022, 15:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin