BURADA REKLAMINIZ OLA
BİLƏR

Roza Zərgərli oğluna verilən evlə bağlı DANIŞDI - VİDEO

Müğənni Roza Zərgərlinin himayəsinə götürdüyü aktyor Corc Qafarov dövlət tərəfindən mənzillə təmin olunub.

 

Pravda.az xəbər verir ki, bununla bağlı müğənni Baku TV-yə açıqlama verib.

 

R.Zərgərli C.Qafarova evin verilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan söz-söhbətə münasibət bildirib.

 

“Corc dövlətin övladıdır, dövlət də onu evlə təmin edib. Buna sevinmək lazımdır. Sosial şəbəkələrdə camaat ağzına gələni yazır. İndi müğənni olub qələt etmişik, himayəmizə uşaq götürmüşük. Götürmüşük, təhsilinə, səhhətinə baxmışıq. İki böyük uşaqdır, ailə qurmalıdırlar, harada yaşayacaqlar? Bu, ilk uşaq deyil ki ev verilir. Bunu şişirtmək olmaz”.

 

Tarix: 6 İyul 2022, 16:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin