BURADA REKLAMINIZ OLA
BİLƏR

Vahid Əhmədov: “Ola bilər, Nazirlik nəyisə nəzərə alıb, Corc Qafarova ev verib”

“İnanmıram ki, Corc Qafarovun evə ehtiyacı olmasın, ancaq nazirlik ona ev versin. Çünki qazilərlə, şəhid ailələri ilə əlaqədar mütəmadi olaraq bu cür sosial məsələlərə toxunuruq. Həm Prezident İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən bu kateqoriyadan olan insanlara böyük diqqət və qayğı göstərilir. Düzdür, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi qazilərlə, şəhid ailələri ilə, müavinətlərlə və s. məsələlərlə əlaqədar çox tənqid edilir. Amma son vaxtlar müəyyən dönüş hiss edirik. Kifayət qədər diqqətdə saxlayırlar. Bizə edilən narazılıqlar, şikayətlərlə bağlı nazirin özünə də, onun müavininə də müraciət etmişəm və məsələlər həmişə müsbət həllini tapıb”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Vahid Əhmədov müğənni Roza Zərgərlinin himayəyə götürdüyü Corc Qafarova dövlət tərəfindən ev verilməsinə münasibət bildirərkən deyib.

 

Deputat həmçinin vurğulayıb ki, sosial şəbəkələrdə bu mövzuda səsləndirilən müəyyən etirazlarla da razıdır: “Əlbəttə, əsas şəhid ailələri, qazilərimiz, evə daha çox ehtiyacı olan həssas kateqoriyalı insanlar var. İlk növbədə onlar evlə təmin olunmalıdırlar. Lakin belə hal baş veribsə, bunu çox da tirajlamağa ehtiyac yoxdur. Ola bilər, Nazirlik nəyisə nəzərə alıb, Corc Qafarova ev verib. İnanmıram ki, burda qeyri-adi bir şey olsun. Əlbəttə, qazilərlə, şəhid ailələri ilə əlaqədar Nazirliyə iradlarımız həmişə olub. Amma nə vaxt müraciət etmişəmsə, məsələ yüksək səviyyədə həllini tapıb. Təbii ki, buna baxmayaraq, kifayət qədər müəyyən nöqsanlar da var. Mütəmadi olaraq Nazirliklə işləyirik. Hətta bir müddət öncə Milli Məclisin iclasında təklif etdim ki, nazir Sahil Babayev deputatlarla görüşsün. Çünki bəzi məsələlər var, qaldırırıq, amma həll olunmur. Dialoq üçün kifayət qədər problemlər mövcuddur. Hələki təklifimlə bağlı Nazirlik tərəfindən reaksiya olmayıb. Milli Məclisin sessiyası başa çatmağa az qalıb. Amma nazir müavini ilə danışmışam, dedilər ki, problem yoxdur. Yəqin ki, gələn sessiyada nazirlə görüş keçiriləcək”.

 

Aytəkin Qardaşova

Tarix: 6 İyul 2022, 17:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin