BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ramin Hacılı kürəkənimə arayış verib ki, guya AXCP-nin üzvüdür"

Dələduzluqda təqsirləndirilən Ramin Hacılının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid Racif Əsgərli ifadə verərək bildirib ki, təqsirləndirilən şəxsi 2017-ci ildə tanıyıb:

 

"Ramin Hacılının yanında işləyirdim. Sənədləri tərcümə edirdim, otellərdə danışıqda, eləcə də turistlərlə danışıqda tərcüməçi kimi işləyirdim. İngilis dilim yaxşı olduğuna görə, xaricdə təhsil almaq istəyirdim. Buna görə də Ramindən mənə köməklik göstərməsini xahiş etdim. Fakt mən Raminə pul verməmişəm ".

 

Şahid Nazim Osmanovun sözlərinə görə, kürəkəninin Macarıstanda təhsil alması üçün R.Hacılıya müarciət edib:

 

"Macarıstana Şengen vizası almaq üçün Raminə müraciət edib. Buna görə də kürəkənim Anar Abdullayev ona 6 min manat verib. O, hazırda Almaniyadadır. Ona sənəd verib ki, guya Azərbaycan Xalq Cəbhəsinin üzvüdür. Lakin o, heç bir partiyanın üzvü deyildi. Raminlə bağlı heç bir şikayətim yoxdur".

 

Digər şahid Qara Həsənov deyib ki, turizm şirkətində işləyib:

 

"Müştərilərin işi alınmayanda pulu qaytarıb. Biz onlara sənədlər düzəldirdik ki, guya işləyir. Çünki səfirlik daha çox bunu soruşurdu. Sərdar İsgəndərli xaricdə sığınacaq almaq istəyən müştərilərə Müsavat, Xalq Cəbhəsi partiyalarına aid üzvlük sənədləri hazırlayırdı. Bütün bu prosedurları 4 min manata satırmış. Sərdarla da Ramin çox yaxın idilər".

 

Təqsirləndirilən şəxs ifadə verərək şahid R.Hacılı ilə heç bir tanışlıq və ünsiyyətinin olmadığını bildirib.

 

Şahid Rövşən Muradov sahibkar kimi fəaliyyət göstərdiyini bildirib:

 

"Ramini tanıyıram. Amerikaya viza almaq üçün Raminə müraciət etdim. 1000 manat verdim, vəsiqəmin şəklini də çəkib atdım həll etdilər. Mənə AXCP-nin üzvlük sənədləri də hazırladılar ki, nəsə olsa o sənəddən istifadə edim. Həmin sənədləri mənə Raminin işçisi təqdim etdi".

 

Şahid Enur Qəmbərov tikinti materialları mağazasında işlədiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Almaniyaya viza almaq üçün Ramin Hacılıya 4 500 manat pul verib:

 

"Mənə AXCP-nın üzvlük sənədini və Əli Kərimlinin imzası olan arayışları hazırlayıb verdilər. Uşağım xəstə olduğuna görə müalicə ilə bağlı getməli idim. Həmin sənədləri mənə şəxsən Ramin Hacılı verməyib".

 

R.Hacılının vəkili Rəşad Əliyev vəsatət qaldıraraq məhkəmədən onunla bağlı məhkəmə tibbi ekspertizanın qəbul edilməsini xahiş edib: "Ramin Hacılı aclıq aksiyasını hələ davam etdirir. O, 30 kq-a yaxın çəki itirib. Biz onda onkoloji problemin olmasından şübhələnirik".

 

Məhkəmə vəsatəti təmin etməyib.

 

Məhkəmənin növbəti iclası iyulun 13-nə təyin edilib.

 

Qeyd edək ki, Azərbaycan Avropa Hərəkatının və “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət edən şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.

 

Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

 

Xatırladaq ki, digər şəxslərin cinayət işi ayrıca icraata götürülüb.

Tarix: 6 İyul 2022, 17:56   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin