BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda ayağını pəncərədən çıxararaq maşın sürən şəxs həbs edildi

Bakı şəhərində ayağını pəncərədən çıxararaq avtomobil idarə edən sürücü saxlanılıb.

 

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

 

“Toyota Prius” markalı avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü Murad Əşrəfov ayağını pəncərədən çıxararaq cəmiyyətə açıq hörmətsizlik edib, ətrafdakı sürücülər üçün təhlükəli vəziyyət yaratmaqla avtomobil idarə edib.

 

Həmin şəxs barəsində toplanmış material Yasamal Rayon Məhkəməsinə təqdim edilib: “İctimai qaydanı pozan şəxs artıq saxlanılıb və barəsində Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, 10 sutka inzibati həbs seçilib.

Tarix: 6 İyul 2022, 18:20   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin