BURADA REKLAMINIZ OLA
BİLƏR

Röya bunun üçün 3500 dollar ödəyib?

Xalq artisti Röya Ayxanın "Tövbə" mahnısına görə MESAM-a (Türkiye Musiki Eseri Sahipleri Meslek Birliği) 3500 dollar ödədiyi iddia olunub.

 

Bu haqda aparıcı-prodüser Tarix Əliyev "Tarixin bir günü" proqramında deyib.

 

"Bizim sənət adamları türk mahnıları oxuyanda onları məhkəməyə verirlər. Röya da "Tövbə"ni oxumaq və yutubda yerləşdirmək üçün 3500 dollar pul ödəyib. Zöhrə Abdullayevə oxuyanda oxuyanda icazəsi var idi. Hər mahnıya görə Türkiyədən pul tələb edirlər, əks halda ifan yutubdan silinir" deyə, o, bildirib.

 

****

 

Röya özü də məlumatı təsdiqləyib. O, MESAM-a 3500 dollar ödədiyini bildirib.

 

Qeyd edək ki, "Tövbə" mahnısını mərhum Əməkdar artist Zöhrə Abdullayeva ifa edib. Daha sonra Xalq artisti Röya Ayxan və Əməkdar artist Firuzə İbadova oxuyub.

 

Axsam.az

Tarix: 6 İyul 2022, 20:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin