BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkmənistan və Azərbaycan enerji təchizatının şaxələndirilməsi məsələlərini müzakirə etdilər

Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Aşqabadda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti ilə enerji sektorunda əməkdaşlıq məsələlərini müzakirə edib.

 

Pravda.az-ın məlumatına görə, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Görüş zamanı tərəflər iqtisadi tərəfdaşlığın gedişatını müzakirə edib, onun ardıcıl və sistemli şəkildə inkişaf etdiyini bildiriblər. Enerji sektorunda ikitərəfli əməkdaşlığın qurulmasının, enerji daşıyıcılarının beynəlxalq bazarlara çatdırılması sxemlərinin şaxələndirilməsinin vacibliyi vurğulanıb.

 

Bildirilib ki, Türkmənistan-Azərbaycan enerji əməkdaşlığında əlamətdar hadisə 2021-ci ilin yanvarında “Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağımım karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimlənilməsi haqqında” Anlaşma Memorandumunun imzalanması olub.

Tarix: 6 İyul 2022, 23:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin