BURADA REKLAMINIZ OLA
BİLƏR

Çimərliyə gedənlərin nəzərinə: Siz hər an xəstəliyə yoluxa bilərsiniz - VİDEO

Bəzi çimərliklərdən istifadə tövsiyə olunmasa da, vətəndaşlar kütləvi halda həmin ərazilərə üz tututlar.

 

Söhbət Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərliklərindən gedir. Hələ mövsüm başlamazdan əvvəl bu çimərliklərdə zərərli maddələrin olduğu bildirilib. Bununla belə bir çoxları xəbərdarlıqlardan çəkinməyib istirahət üçün həmin ərazilərdə gedirlər. Ancaq müxtəlif xəstəliklər tapacaqlarından ehtiyat edib belə çimərliklərə ayaq basmayanlar da var.

 

Dermatoloq Sevinc Məmmədova deyir ki, yağlı dəri tipi olan insanlar belə çimərliklərdən istifadə etməməlidirlər. Çünki bu cür dərilər çirkli suya qarşı daha həssasdırlar.

 

Terapevt Mətanət Cəfərova isə xüsusilə uşaqların bu çimərliklərdən istifadəsini tövsiyə etmir. Həkimin sözlərinə görə, belə sularda patogen bağırsaq çöpləri kifayət qədər çox olur ki, bu da mədə-bağırsaq sisteminin pozulması ilə nəticələnə bilər.

 

Terapevt həmçinin bildirir ki, miqdarından asılı olaraq,çirkli suyun fəsadları hətta ilk 3 saat ərzində üzə çıxa bilər.

 

Tarix: 7 İyul 2022, 07:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin