BURADA REKLAMINIZ OLA
BİLƏR

DİN Şabranda 3 nəfərin öldüyü qəza barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi dünən Şabranda 3 nəfərin öldüyü qəza ilə bağlı məlumat yayıb.

 

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 6-da saat 16 radələrində Şabran rayonunun Gəndob kəndi ərazisində rayon sakini Aydın Məmmədovun idarə etdiyi “VAZ-21074” və Xaçmaz şəhər sakini Nazim Səlimovun idarə etdiyi “VAZ-21061” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və N.Səlimovun sərnişini olan həyat yoldaşı Üzülfət hadisə yerində ölüblər.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Tarix: 7 İyul 2022, 10:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin