BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda ana və 6 yaşlı uşağını avtomobil vuraraq komaya saldı

Bakıda ana və azyaşlı övladını avtomobil vuraraq ağır xəsarət yetirib.

 

Pravda.az-ın məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

 

Metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında yolu keçən 1990-cı il təvəllüdlü Əhmədova Qənirə Rasim qızı və onun 6 yaşlı övladı Əhmədov Murad Abbas oğlunu avtomobil vurub.

 

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Q.Əhmədovaya sağ ayağın sınığı və bədənin müştərək travması, M.Əhmədova isə qapalı kəllə-beyin travması, baş-beyinin ağır dərəcəli əzikləri və komatik vəziyyət diaqnozları qoyulub.

 

Hadisənin təfərrüatı araşdırılır.

 

Report

Tarix: 7 İyul 2022, 23:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin