BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabah 38 dərəcə isti olacaq

Azərbaycanda iyulun 9-da gözlənilən hava şəraiti açıqlanıb.
 

Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, Bakıda gecə 22-24° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 40-45 % olacaq.


Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 18-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 8-13° isti, gündüz 19-24° isti olacaq.

Tarix: 8 İyul 2022, 12:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin