BURADA REKLAMINIZ OLA
BİLƏR

Mahir Emreli Xorvatiya Super Kubokunda oynamayacaq

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiya Super Kuboku matçını buraxacaq.

 

Pravda.az-ın məlumatına görə, bunu Zaqreb təmsilçisinin baş məşqçisi Ante Çaçiç açıqlayıb.

 

Çalışdırıcı bildirib ki, sabah Split “Hayduk”u ilə keçiriləcək həlledici qarşılaşmada zədədən bir müddət əvvəl qayıdan Emreli iştirak etməyəcək. 25 yaşlı forvardla yanaşı, müdafiəçilər Boşko Şutalo, Yosip Şutalo və yarımmüdafiəçi Marko Bulat da qarşılaşmanın iştirak ərizəsinə salınmayacaq.

 

Qeyd edək ki, Zaqrebdəki “Maksimir” stadionunda keçiriləcək “Dinamo” – “Hayduk” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

 

Apasport

Tarix: 8 İyul 2022, 14:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin